Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın sentyabr ayı üzrə "Asiyanın İnkişaf Perspektivləri" hesabatında deyilir.

Bank bu il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu 1,2%-dən 2,7%-ə, gələn il üzrə 1,6%-dən 2,6%-ə yüksəldib.

Eyni zamanda, bank Azərbaycan üçün inflyasiya proqnozunu da kəskin azaldıb. Belə ki, qurum bu il üçün ölkədə inflyasiya ilə bağlı proqnozunu 5,5%-dən 2,1%-ə, gələn il üçün isə 6,5%-dən 3,8%-ə endirib. Bu isə Bankın aprel proqnozunu ilə müqayisədə müvafiq olaraq 3,4% və 2,7% bəndi azdır.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında ölkədə 80 milyard 960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub.

Bu ilin avqust ayında Azərbaycanda inflyasiya isə 2023-cü ilin avqust ayına nisbətən 3,5% təşkil edib.

 

Gözəl Həşimova