Ağdam rayonunun Eyvazxanbəyli kəndinə 35 kV-luq iki dövrəli ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər (SİP-3)) elektrik veriliş xətti çəkiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı "Azərışıq" ASC hazırlıqlara başlayıb.

Qeyd edilib ki, məqsəd kəndin xarici elektrik təchizatının təmin olunmasıdır.

"Azərışıq" sözügedən işlərin həyata keçirilməsini "Harmony İndustrial Construction and Engineering Group" MMC-yə həvalə edib.

Qeyd olunan işlərin həyata keçirilməsinə 1,5 milyon manatdan çox vəsait sərf olunacaq.