Abşeron, Sabunçu və Nizami rayonları ərazisində yerləşən elektrik veriliş xətlərində və qurğularında yenidənqurma işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərışıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, eyni zamanda yeni güc mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

Məlumata görə, məqsəd paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması və gərginlik düşkülərinin aradan qaldırılmasıdır.

"Azərışıq" sözügedən işlərin həyata keçirilməsini "Harmony İndustrial Construction and Engineering Group" MMC-yə həvalə edib.

Qeyd olunan işlərin həyata keçirilməsinə 5,8 milyon manat vəsait sərf olunacaq.