Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ-a işgüzar səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, o, Nyu-Yorkda BMT-nin İqtisadi və Sosial Şurasında qadınların statusu üzrə komissiyanın 67-ci sessiyasında iştirak edəcək.

Həmçinin səfər çərçivəsində BMT-nin baş katibi və baş katibinin müavini, eləcə də təşkilatın digər yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub. Zurabişvili gürcü diasporunun nümayəndələri ilə görüşməyi də planlaşdırır.