Bakıda baxımlı xanımların ünvanı olan “Garderobe boutique”in təsisçisi, təlimçi-marketoloq Günel Mehdiyeva ilə müsahibə:

  • Günel xanım, özünüzü oxucularımıza təqdim edin

Uzun illər  “satış texnikaları”, “düzgün müştəri xidmətləri” və s. mövzularda təlimlər keçmişəm. Qida sahəsində böyük bir holdinqdə markaların inkişafı üçün çalışmışam, araşdırma komandasına rəhbərlik edib son alıcı istəklərini analiz etmək imkanım olub, öz işinin peşəkarı insanlarla çalışdığım üçün onların da təcrübələrindən bəhrələnmişəm.

Hal hazırda AİSCO şirkətində kənd təsərrüfatının inkişafına dəstək olacaq böyük bir layihədə yer alıram.

  • Tam fərqli bir sahəyə yəni – moda dünyasına necə daxil oldunuz bəs?

Modaya hər zaman marağım olub, hər zaman özümü və ətrafımı gözəlləşdirməyə çalışmışam. Arzularımdan yola çıxaraq, topladığım təcrübələrə güvənərək öz işimi qurub, nəhayət ki öz markamı Garderobe Boutique-ni ərsəyə gətirmişəm.

  •  “Garderobe Boutique”in əsas satış məhsulları nələrdir?

Bir xanımın tərzini yaratmağa yardımçı olacaq, könlünü xoş tutacaq hər şey. Geyim, aksessuarlar, çantalar, ayaqqabılar, ətirlər və s. Onu da deyim ki, fəaliyyətə başladığımız vaxtdan indiyə qədər heç bir müştərimiz məhsullarımızın keyfiyyətindən, xidmətimizdən narazı qalmayıb.

  •  Bu mağazada satılan məhsulları digərlərindən fərqləndirən özəlliyi nədir?

Zaman çox qiymətlidir. Biz zövq dairəmiz uyğun müştərilərimizə zaman qazandırırıq. Rahatlıqla bizdən xüsusi zövqlə seçilmiş, dəbli, münasib qiymətə libaslar əldə edirlər.

Ən əsası da yüksək səviyyədə, müştərilərin özlərini rahat hiss edəcəkləri gülərüz xidmət təqdim edirik.

  •  Bəs məhsullarınız hansısa ölkədən gətirilir ya sırf sizə məxsusdur?

Bizim mağazada avropa, türk, çin markaları ilə yanaşı, əl əməyi, göz nuru əl işləri də var. Hansı ki, zövq yoldaşım Elnarə xanımla birgə ərsəyə gətiririk. Həmin xanımın əl işləri zövqlü, səliqəli, göz oxşayandır. Biz həmin xanımla birgə müştərilərə xas, individual bəzəkləri libaslara işləyirik. Bundan əlavə bir neçə maddi gəliri olmayan, işləmək imkanı olmayan ev xanımlarını da birgə işə cəlb etmişəm ki, olar da iştirak etdiyimiz sərgilərdən qazanc əldə edirlər.

Şəxsən özümün çizimini etdiyim libaslar da var ki, müştərilərimiz tərəfindən çox bəyənilir.

  •  Brendlə bağlı gələcək planlarınız nələrdir, yeni filiallar açmağı düşünürsüz?

Hal hazırda Gənclik filialımız və bütün ölkə boyu ödənişsiz çatdırılma xidməti ilə online fəaliyyət göstəririk. Lakin yaxın zamanda ikinci daha böyük bir filial hədəfləmişəm, hansı ki, paralel uşaq geyimləri, ev bəzək aksessuarları də satışa sunulacaq.

Yaxın üç ildə ikinci böyük filial, daha da böyümək, daha da çox təcrübə toplamaq, məşhurlaşmaq, inam qazanmaq, maddi güc toplamaq, daha sonra isə yaxın onbeş ildə tekstil fabrikimin olmasını arzulayıram.

İxracat ən əsas hədəfimdir. Mənim üçün uğurun ən başlıca göstəricisi budur. Mən ölkəmə kapital gətirmək istəyirəm. Həmçinin tekstil fabriki əlavə iş yerləri deməkdir, münasib qiymətə geyimlər ərsəyə gətirməkdir. Dünyaya inteqrasiya deməkdir.

Gözəlliyinə gözəllik qatmaq istəyən bütün xanımlarımızı Caspian Shopping Center, Mağaza 03-də yerləşən “Garderobe Boutique” dəvət edirəm

Əlaqə: 055 320 30 03