Zoom Video Communications” “zoombombing” (prankerlərin təhqiredici mesajlar və şəkillərlə virtual seanslara daxil olması) təcrübəsindən əziyyət çəkən xidmət istifadəçilərinə 85 milyon dollar ödəyəcək.

Şirkət 2020-ci ilin mart ayından may ayına qədər olan müddət ərzində qaldırılan iddialar çərçivəsində məhkəmə çəkişmələrinin nəticələrinə görə belə bir razılığa gəlib.

İddiaçılar şirkətin istifadəçilərin təhlükəsizliyini və məxfiliyini pozduğunu vurğulayıblar.

Xüsusilə, San Fransisko Lüteran Kilsəsi və “Oak Life” kilsəsi zərərçəkənlər arasında olub. Bildirilib ki, qanun pozucuları Müqəddəs Kitab dərsləri zamanı cinsi xarakterli müxtəlif şəkillər dərc edib, həmçinin bazar günlərindəki onlayn dini mərasimlər zamanı pornoqrafik görüntülər yayıblar.