Ziya Bunyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.