Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. 

İqtisadiyyat.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Səbail" "Zirə" ilə üz-üzə gəlib. Görüç qonaqların qələbəsiylə başa çatıb.

Digər matçda isə "Qarabağ" "Sabah"ın qonağı olacaq.

Bu mərhələnin cavab oyunları 8-9 fevralda keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

30 yanvar

15:00 Səbail - Zirə 1:2

Qollar: Aleksandr Ramalinqom, 70 - Anas Najah, 48 (avtoqol), Ruan Renato, 59

Baş hakim: İnqilab Məmmədov

"ASCO Arena"