Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, son matç “Dalğa Arena”da keçirilib.

Lider “Zirə” bu mövsüm elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub. Görüşün taleyini fasilədən sonra vurulan yeganə qol həll edib. Nuno Rodriges 78-ci dəqiqədə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.

Bu nəticə ilə “Araz-Naxçıvan” xallarının sayını 13-ə yüksəldib. “Zirə” isə artıq “Qarabağ”la eyni xala (16) malikdir.