Cənubi Afrika ölkəsi Zimbabvenin elektrik istehsalının əhəmiyyətli hissəsini qarşılayan Kariba bəndində su səviyyəsinin düşməsi səbəbilə əhali gündəlik 19 saat elektrik enerjisinə həsrət qalır.

Zimbabve prezidenti Emmerson Mnanqaqva bəyan edib ki, ölkənin elektrik enerjisi istehsalının təqribən yarısını qarşılayan bu bəndin istehsal gücünün azalması birbaşa ölkə iqtisadiyyatında və gündəlik həyatında özünü göstərir.

Mnanqaqva deyib ki, ciddi elektrik kəsilməsi ilə üzləşən ölkə elektrik enerjisi idxalı üçün Cənubi Afrika İnkişaf Birliyi (SADC) ölkələrinə etibar etməli olacaq.