Dünyanın ən böyük mozaika muzeylərindən biri olan və “Qaraca qız” mozaikası başda olmaqla bir çox əsərə ev sahibliyi edən Zeuqma Mozaika Muzeyi 2022-ci ildə 439 min insanı qəbul edərək bütün zamanların rekorduna imza atıb.


İqtisadiyyat.az xəbər verir ki, Tarixi İpək Yolu üzərində 2011-ci ildə 30 min kvadratmetr sahədə açılan Zeugma Mozaika Muzeyi Qaziantepdə yerli və xarici ziyarətçilərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

“Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı”nın da sahibi olan muzeydə “Qaraca qız” mozaikası, “Mars heykəli”, Roma fəvvarələri və Fərat çayı sahilindəki villalarda aparılan xilasetmə qazıntıları zamanı ortaya çıxan bənzərsiz mozaikalar sərgilənir.

Zeugma Mozaika Muzeyi 2011-ci ildə 71 min 323, 2012-ci ildə 169 min 38, 2013-cü ildə 179 min 297, 2014-cü ildə 206 min 684, 2015-ci ildə 178 min 995, 2016-cı ildə 178 min 995, 2016-cı ildə 169 min 38, 2016-cı ildə 169 min 38, 2018-ci ildə 267 min 552, 2019-cu ildə 340 min 569, 2020-ci ildə 87 min 642, 2021-ci ildə 242 min 145, keçən il isə 439 min olub.