Qəbul edək ki, hər bir sahənin inkişafı və müsbət fikir formalaşdırması həmin sahə üzrə çalışan, işini ən yaxşı şəkildə görən mütəxəssislərin çoxluğundan asılıdır. Səhiyyənin ayrılmaz bir qolu olan dərman sahəsinin isə ən yaxşılarından biridə Unity Company-dir deyə bilərik. Şirkətin uğurlarının arxasında hər zaman möhkəm və peşəkar bir komanda dayanır. Unity Companynin marketinq direktoru Zərifə Arzumanova isə bildirir ki, biz şirkətdə komandadan daha çox bir ailəyik, kollektivimizin hər problemi ilə yaxından maraqlanır, münasibətimiz hər zaman xoş və isti olur. Unity Companynin kollektivi istedadlı nümayəndələrdən və əməkdaşlardan ibarətdir. Şirkətin Marketinq direktoru Zərifə Arzumanova özü də ali tibb təhsili almışdır. O, ilk təhsilini 2 saylı Bakı Baza Tibb Məktəbində almış, daha sonra isə Ukraynada mama-ginekoloq ixtisası üzrə təhsilinə davam etmişdir. İxtisasca həkim olsada, marağının biznesə, marketinq sahəsinə daha çox olduğunu anlayaraq həm tibb, həm də marketinq sahəsini özündə birləşdirən dərman sahəsində işə başlamışdır. Fəaliyyətinin ən yüksək dövrü isə Unity Companydə işə başladığı dövrdür, çünki məqsədinə nail olmaq üçün bu onun şansı idi. Burada Zərifə xanım sadəcə işləmirdi, hər zaman xəyal etdiyi kimi vətəninə, millətinə faydalı ola bilirdi. 2011-ci ildən fəaliyyət göstərən Unity Company ə sadəcə dərmanların satışı və marketinqiylə fəaliyyət göstərən bir şirkət deyə bilmərik. Şirkət bu sektorda ən uğurlu işlərə imza atmaqla yanaşı bir çox başqa layihələrdə də öz sözünü deməyi bacarmıdır. Unity Company keyfiyyətli, sağlam, insanlara faydalı məhsulların Azərbaycana gətirilməsi və birbaşa özlərinə aid tərkibli məhsulların satışı ilə məşğul olur, lakin şirkət bu satışı birbaşa deyil Azərbaycanda fəaliyyət göstərən böyük depolarla həyata keçirir. Unity Company ilə əməkdaşlıq edən onlarla dərman fabriklərinin hansı ölkədə olmasından asılı olmayaraq istehsalla yaxından tanış olmadan əməkdaşlığı qəbul etmirlər. Zərifə xanım deyir ki, mən övladım üçün istifadə etmədiyim heç bir məhsulun ölkəmizə gətirilməsinə icazə vermərəm. Şirkət həmçinin böyük konfranslara, kongreslərə ev sahibliyi edir, dünyaca məşhur mütəxəssislərin Azərbaycana gəlməsini təşkil edir, eyni zamanda ölkəmizin savadlı həkimlərinin də dünyanın bir çox ölkəsində beynəlxaql konfranslarda iştirak etməsində dəstəkçi olur. Bütün bunlar hamısı ona görədir ki, ölkəmizdə istedadlı həkimlər inkişaf edə bilsin, bizim həkimlərimiz də Avropada, Amerikada konfranslarda böyük kütlələr qarşısında çıxış etsinlər. Unity Companynin fəaliyyətinin ən böyük hissəsi də xeyriyyəçilik fəaliyyətidir.Şirkət tərəfindən 44 günlük Vətən müharibəsi zamanı və 2022-ci il sentyabr döyüşlərində şəhid olmuş hərbçilərimizin, qazilərimizin ailələrinə yardımlar göstərilmiş, hər ay rəsmi şəkildə himayəyə götürülmüş ailələrə aylıq maddi yardımlar göstərilir və bütün bunlar Müdafiə Nazirliyinin rəsmi göstərişləri əsasında həyata keçirilir. Pandemiya dövründə də şirkət bacardığı qədər həm dövlət büdcəsinə həmdə ehtiyacı olan ailələrə öz dəstəyini göstərmişdir. Unity Company hər zaman Azərbaycan Respublikasının siyasətinin ən böyük dəstəkçisidir. Prezidentimizin sərəncamı əsasında yubileyi keçirilən şairlərimizin kitablarının nəşr olunması,tanıtımı qardaş Türkiyədə və Azərbaycanda təqdimatında Unity Company də ən böyük dəstəkçilərdən olmuşdur. 2022 ci il Avqust ayında 20 günlük Türkiyə səfəri təşkil olunmuş və Almaz İldırım, Əhməd Cavad, Əli Kərim, Xurşidbanu Natavan kimi unudulmaz sənətkarların kitab təqdimatları baş tutmuşdur. Deyə bilərsiniz ki, bir dərman şirkətinin bu sahədə fəaliyyət göstərməsi onlara nə fayda verir? Cavab verim, Şirkətin məqsədi odur ki, Azərbaycan tək dərman sahəsində yox hər sahədə tanınsın, inkişaf etsin. Şirkətin marketinq direktoru Zərifə xanımın da bu inkişafla bağlı bir çox arzusu var, bunlardan ən böyüyü isə Azərbaycanda yerli istehsalatla məşğul olan böyük bir dərman zavodunun açılmasıdır. Beləliklə, həm minlərlə insan işlə təmin oluna bilər, həm də sağlam və keyfiyyətli yerli dərmanlar istehsal olunar. İnanırıq ki, Unity Company hər bir hədəfini doğruldaraq ən böyük zirvələrə addımlayacaq.

 

Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"Zərifə Arzumanova: "Unity Company şirkəti hər zaman vətənini, millətini dəstəkləyir"