Türkiyənin Adıyaman şəhərinin valisi Mahmud Çuhadar istefa verib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, o, istefasına səbəb kimi səhhətində olan problemləri göstərib.

Qeyd edək ki, Çuhadar 3 ildir bu vəzifəni tuturdu.

Mahmud Çuhadar zəlzələnin təsir göstərdiyi Adıyamanda problemlərini danışmağa çalışan sakinlərə gülərək reaksiya verdiyi üçün tənqid edilmiş, bu görüntüləri sosial şəbəkədə müzakirə edilmişdi.