“Biz heç vaxt sərhəddən qanunsuz keçidə icazə verməyəcəyik”.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O deyib ki, 6 fevralda Kahramanmaraşda baş verən zəlzələdən sonra 60 min civarında suriyalı könüllü olaraq ölkəsinə qayıdıb.