Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələ nəticəsində meydana gələn dağıntılarda axtarış-xilasetmə əməliyyatları davam edir.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələdən 78 saat sonra bir ana və iki övladı dağıntılardan sağ çıxarılıb. Ailə təcili tibbi yardıma xilasedicilərin alqışı ilə aparılıblar. 

Zəlzələdən 4 gün keçməsinə baxmayaraq 3 nəfərin sağ qalması xilasedicilərdə sevinc yaradıb.