Türkiyədə zəlzələ bölgəsində aparılan axtarış-xilasetmə tədbirləri davam edir.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Adıyamanda zəlzələdən 104 saat sonra 60 yaşlı kişi, 105 saat sonra 4 yaşlı Yağız adlı uşaq dağıntılardan altından sağ çıxarılıb.

Malatyada isə zəlzələdən 106 saat sonra 40 yaşlı qadın sağ çıxarılıb.