Türkiyədə baş verən zəlzələ nəticəsində 5 Ukrayna vətəndaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat yayıb.

O qeyd edib ki, zəlzələ bölgəsindən 37 ukraynalı təxliyə edilib, eyni zamanda dağıntılar altından 10 Ukrayna vətəndaşı xilas olunub.

Daha yeddi ukraynalı itkin düşmüş sayılır, onların axtarışları davam etdirilir.