“Kahramanmaraşda zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşı Nailə Bünyatovanın nəşi Vətənə göndəriləcək”.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, mərhumun yaxınları ilə əlaqə saxlanılıb və nəşin ölkəyə göndərilməsi ilə bağlı iş gedir: "Onun nəşi əvvəlcə Ankaraya gedəcək, oradan da Vətənə yola salınacaq”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.