Türkiyədə zəlzələnin təsir göstərdiyi bölgələrdən 811 min insan təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında deyib. 

Bildirilib ki, dövlət zəlzələ bölgəsində tələbata görə 100-200 min civarı konteyner evlər qurmağı planlaşdırır.