Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial media hesabında paylaşım edib.

"Trampı Respublikaçılar Partiyasından namizədliyi münasibətilə təbrik etdim. Rusiya ilə müharibədə Ukraynanın imkanlarını gücləndirməkdə göstərdiyi köməyə görə ABŞ-yə hər zaman minnətdar olacağam" , - deyə o qeyd edib.

 

Gözəl Həşimova