İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
Danışığın detalları ictimaiyyətə açıqlanmasa da, tərəflər arasında mövcud geosiyasi proseslər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi ehtimal olunur.
Qeyd edək ki, gün ərzində Trampın Rusiya Prezidenti Vladimir Putinlə də telefon əlaqəsi quracağı gözlənilir. Bu, Vaşinqtonun hazırkı diplomatik fəallığının regiondakı hadisələrlə bağlı yeni mərhələyə keçidə işarə etdiyi kimi qiymətləndirilir.