Ukrayna Prezidenti Volodimir Zelenski latviyalı həmkarı Egils Levits ilə keçirdiyi mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrində silah və sursat çatışmazlığı yaşandığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Artilleriya bir nömrədir, bizə lazım olan budur. Həm sistemlər, həm də sursatlar, çox sayda mərmilər lazımdır”, - Zelenski deyib.

Eyni zamanda o, silah qıtlığı səbəbindən Qərbin döyüş təyyarələri, tanklar, artilleriya və sursatların tədarükünü sürətləndirməli olduğunu vurğulayıb.

Ukraynalı siyasətçi əlavə edib ki, bu silahlar Rusiyaya görə yox, Kiyevin özününkü hesab etdiyi əraziləri qaytarmağa çalışmaq üçün lazımdır.