Ukrayna prezidenti Vladimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla danışıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında məlumat verib.

Söhbət zamanı Ukrayna lideri humanitar yardıma görə Tokayevə təşəkkür edib və ona Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin işinin nəticələri və Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumat verib. Söhbət zamanı həmçinin ölkələr arasında siyasi dialoqun və ticari-iqtisadi əlaqələrin intensivləşdirilməsi müzakirə olunub.