“Rusiya Federasiyası Ukrayna respublikanın ərazi bütövlüyünə hörmət etdiyini bəyan edərsə, Kiyev Moskva ilə danışıqlara “sabah tezdən” başlamağa hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İsveçrədə keçirilən sammitin yekunlarına dair mətbuat konfransında deyib.

“Rusiya bunu özü istəyir, yoxsa dünya ictimaiyyəti buna məcbur edəcək, bizim üçün önəmli deyil. Nəticə bizim üçün vacibdir”, - o vurğulayıb.