“BMT Baş katib səviyyəsində dəqiq və qətiyyətlə işə başlamasa, taxıl dəhlizi təhlükəsiz vəziyyətdə işləyə bilməyəcək”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin taxıl dəhlizi ilə bağlı söylədiyi fikirlərə istinadən deyib.

"Dünyada sülh istəyən hər bir ölkənin Rusiya terrorunu açıq və birmənalı şəkildə pisləməsi və bu təcavüzün aradan qaldırılması üçün birgə səy göstərməsi son dərəcə vacibdir", - Zelenski qeyd edib.