Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Estoniya prezidenti Alar Karis ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Prezidenti Zelenski görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Ukraynanın NATO üzvlüyünə toxunan Zelenski, “Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO-ya üzv olmayacağıq. İstəmədiyimizə görə yox, mümkünsüz olduğuna görə”.

Zelenski Ukraynanın NATO üzvlüyünə alternativ axtarmadığını, eyni zamanda onun ölkəsinin Rusiyaya qarşı müharibə bitənə qədər təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.

Ukrayna prezidenti Zelenski qeyd edib ki, hazırda Ukrayna üçün təhlükəsizlik təminatları sanksiyalar, maliyyə zəmanətləri və silahlardır.

Estoniya prezidenti Karis də “Ukrayna Aİ və NATO-nun üzvü kimi Avropa ailəsinin demokratik ölkələri dairəsinə daxil olmalıdır” , - deyib.

"Mən həm döyüş meydanında, həm də Aİ və NATO-ya gedən yolda Ukraynaya dəstəyimizi bir daha təsdiqləmək istəyirəm", - Karis əlavə edib.