Ukrayna prezidenti Volodimir Zelenski Hollandiyaya rəsmi səfərə gedib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" hesabında yazıb.

Məlumata görə, digər məsələlərlə yanaşı Ukraynaya F-16 qırıcılarının tədarükü məsələsi də müzakirə ediləcək.

"Birinci xanım və komanda ilə birlikdə Hollandiyaya gəldik. Gündəmdəki əsas məsələ Ukraynaya F-16 tədarükləridir", - deyə Zelenski qeyd edib.