Ukrayna prezidenti Volodimir Zelenski sentyabrda Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar məlumat verib.

Onun sözlərinə görə, G20-də yalnız sammitin üzvləri, dəvət olunmuş ölkələr və təşkilatlar iştirak edə bilər. Zelenskinin sammitdə mümkün iştirakı ilə bağlı suala XİN rəhbəri mənfi cavab verib. 

Aprel ayında Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova bildirmişdi ki, Kiyev sentyabrda keçiriləcək sammitə Hindistandan dəvət “gözləyir”.