Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiya Prezidenti Sauli Niinistönü təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də paylaşım edib.

"Finlandiyanı və Prezident Sauli Niinistönü NATO-nun yaranmasının 74-cü ildönümü günündə NATO-nun üzvü olması münasibətilə səmimi qəlbdən təbrik edirik. NATO Rusiyanın təcavüzü fonunda regionda yeganə effektiv təhlükəsizlik zəmanəti oldu. Vilnüsdə keçiriləcək NATO sammitinin Ukraynanı Avro-Atlantik hədəfimizə yaxınlaşdıracağına ümid edirik", - Prezident Zelenski vurğulayıb.