"Məncə bu, Çinin sülh planı yox, mövcud durumla bağlı fikirləridir".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski deyib. O bildirib ki, Çin sadəcə indki vəziyyətlə bağlı fikirlərini bildirib: 

"Yaxşı ki, Çin bu barədə danışdı. Digər sual budur: O sözlərin arxasında nə dayanır?"

Qeyd edək ki, Pekin yaxın günlərdə Ukraynadakı münaqişəyə dair 12 bənddən ibarət sülh təklifi ilə çıxış edib. Saziş ABŞ tərəfindən "uğursuz" adlandırılmışdı.