Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkənin bütün regionlarının hərbi komissarlarının işə qəbul sistemindəki yol verdiyi korrupsiyaya görə vəzifədən azad edilməsi haqqında fərmanı imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin dəftərxanası açıqlama verib. 

Bildirilib ki, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 11 avqust 2023-cü il tarixli “Ukrayna Silahlı Qüvvələrinin regional çağırış və sosial dəstək mərkəzlərində aparılan yoxlamanın nəticələri haqqında” fərmanı imzalayıb.

Açıqlamada qeyd olunub ki, fərman rəsmi yayım təşkilatlarında dərc edildiyi gündən qüvvəyə minir.

Zelenski avqustun 11-də verdiyi açıqlamada Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclasında hərbi bölmələrdə aparılan yoxlamanın nəticələrini müzakirə etdiklərini bildirib: "Cəmi 112 cinayət işi, 33 vəzifəli şəxslərə qarşı şübhələr var. Biz qəbul etdiyimiz qərarlarla bütün rayonların hərbi komissarlarını vəzifədən azad edirik".