Ukrayna Prezidenti Volodimir Zelenski Brüsselə səfər edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna lideri Avropa İttifaqının sammitində iştirak edəcək. O, Avropa Parlamentində çıxış edəcək.

Güman edilir ki, Zelenski Aİ liderlərini Ukraynaya silah dəstəyi verməyə və Rusiyaya sanksiya tətbiq etməyə çağıracaq.