İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinlə də Ankarada və ya İstanbulda görüşə ümid etdiyini söyləyib.

O, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında başqa formatlarda görüşün mümkünlüyü ilə bağlı sualı isə mənfi cavablandırıb.

“Başqa formatlar üzərində hələlik iş aparmamışıq və danışmamışıq. Mən tək olmayacağam, bu faktdır, amma məsələ bunda deyil”, – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, gələcəkdə nümayəndə heyətlərinin görüşü mümkündür, lakin bunun üçün ilk növbədə atəşkəs barədə razılıq əldə olunmalıdır.