Ukrayna ABŞ-dən yardım almasa, münaqişəni uduzacaq; onun demək olar ki, artilleriya qurğusu qalmayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Amerikanın CBS telekanalına müsahibəsində deyib. 

Müsahibə zamanı müxbir Zelenskidən bir ay əvvəl Vaşinqtonun yeni yardım paketi ayırmasa, Kiyevin uduzacağı ilə bağlı söylədiyi fikrə hələ də sadiq qalıb-qalmadığını soruşub. Zelenski cavab olaraq bildirib: "Bu, doğrudur. Ukrayna uduzacaq, amma bu, asan deyil". 

O qeyd edib ki, Ukraynada artilleriya demək olar ki, qalmayıb. 

Eyni zamanda, Zelenski cəbhədəki vəziyyətin hələ may-iyun aylarında Kiyev üçün daha da pisləşə biləcəyi barədə fikir bildirib.