"Rusiya dost olmayan ölkələrin süni şəkildə yaratdığı çətinliklərə baxmayaraq, enerji ticarəti sahəsində əldə etdiyi razılaşmaları yerinə yetirməkdə davam edir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz sözümüzün adamlarıyıq. Bu, sadəcə olaraq, diqqətçəkən ifadə deyil, çünki xarici siyasətimizin əsasını müqavilələr və onlara əməl etmək dayanır. Ona görə də beynəlxalq hüququ qorumaq istəyirik. Çünki bu, ölkələr və xalqlar arasında ünsiyyət üçün əsasdır”, - deyə o bildirib.

 

Gözəl Həşimova