"Rusiya gender mövzusunda qanunvericiliyə əlavələr etməli, təhsil sahəsini qorumalı, ailədə və cəmiyyətdə tərbiyə metodlarını yeniləməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Rusiyanın gələcəyinin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən sessiyada çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qərb Rusiyada gender məsələsini dominant etməyə çalışır və rus cəmiyyəti bu istəyə qarşı çıxmalıdır.

"Qərbin vəzifəsi Rusiyanı gender gündəminə daxil etməkdir. Qərb əmin olmaq istəyir ki, uşaq bağçalarımızda, məktəblərdə, universitetlərdə, institutlarda, ümumiyyətlə, təhsil və siyasi sistemlərdə gender məsələsi aktualdır. Söhbət cinsi oriyentasiyanın dəyişməsindən gedir. Qərb tərəfindən insanların psixoloji və ümumi sağlamlığına zərbə endirilir", deyə Zaxarova vurğulayıb.