Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT İnsan Haqları Şurasının Rusiyanın başçılıq etdiyi xüsusi hərbi əməliyyat zamanı Ukraynanın mədəni sərvətlərinin qondarma məhv edilməsi ilə bağlı bəyanatını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Bu bəyanatda ölkəmizə qarşı əsassız hücumlardan başqa yeni heç nə yoxdur: İnsan Hüquqları Şurasının xüsusi prosedurları ilə Kiyev rejimini sipər etmək, eləcə də Rusiyanı şeytanlaşdırmaq üçün növbəti cəhd var. Həmişə olduğu kimi, heç bir obyektivlik işarəsi yoxdur”, - Zaxarova deyib.