"Zara" və "Bershka" brendlərinin sahibi olan İspaniyanın "Inditex" geyim şəbəkəsi bu il Ukraynada 50-yə yaxın mağazasını yenidən açmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin saytında dərc olunmuş press-relizdə deyilir.

Xatırladaq ki, 2022-ci il martın əvvəlində "Inditex" Ukraynadakı müharibə ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Rusiya Federasiyasında 500-dən çox mağazası olan "Inditex", 2022-ci ilin mart ayının əvvəlində Ukraynadakı hərbi əməliyyat səbəbilə fəaliyyətini müvəqqəti dayandırıb.Həmin ilin oktyabrında şirkət Rusiyadakı biznesini "Daher" qrupuna satmaq barədə razılığa gəlib.

 

Gözəl Həşimova