Rusiya ilə müharibə başlayandan sonra Ukraynada fəaliyyətini dayandıran İspaniyanın "Inditex" şirkətinin mağazaları yenidən açılıb.

Bu barədə İqtisadiyyat.az "Strana.ua" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Ukraynada RiverMall ticarət mərkəzində "Zara", "Bershka" və "Pull&Bear" mağazaları yenidən açılıb.

Bundan əlavə, "Massimo Duti", "Oysho", "Stradivarius" kimi brendlərin mağazaları da fəaliyyətə başlayıb .

 

Gözəl Həşimova