Zaqatalada 5 otaqlı ev tamamilə yanıb.

İqtisadiyyat.az xəbər verir ki, yanğın bu gün rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Fatimə İsa qızı Arzumanovaya  məxsus, ümumi sahəsi 120 kv/m olan, kürsülü, birmərtəbəli və 5 otaqdan ibarət fərdi yaşayış evi yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və əşyaları yanıb. 

Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.