Yunanıstanda 79 qeyri-qanuni miqrantın Peloponnes sahillərində batan balıqçı gəmisində həyatını itirməsindən sonra "ümummilli matəm" elan edilib.

İqtisadiyyat.az bildirir ki, nazirlikdən verilən açıqlamaya görə, Yunanıstanın qərbində beynəlxalq sularda baş verən faciəvi hadisədə ölənlər üçün matəm17 iyuna qədər davam edəcək.Nazirlik ölənlərin sayının artmasını istisna etmir.

Məlumata görə xilas edilmiş 100-dən çox miqrant Kalamata limanına aparılır.