Yunanıstanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 32 olub.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 85 nəfərin də yaralandığı bildirilir. Qeyd edilib ki, hadisə zamanı sərnişin qatarında 350 nəfər olub.

Hadisə yerinə 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını cəlb edilib. 

Hazırda hadisənin səbəbləri araşdırılır.