Yunanıstanın Kavala bölgəsindəki Pangeo dağında avqustun 22-də başlayan meşə yanğını 7-ci gündür ki davam edir.

İqtisadiyyat.az bu barədə Yunanıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Pangeo dağındakı yanğın çətin nöqtədə olduğu üçün bütün müdaxilələrə baxmayaraq, 7 gündür nəzarət altına alına bilməyib.

Yanğınla mübarizəyə 280 yanğınsöndürən heyət, 46 yanğınsöndürən maşın, 3 helikopter və 3 təyyarə ayrılıb. İndiyədək təxminən 13 min dekar meşə sahəsi külə dönüb.

 

Gözəl Həşimova