Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır.

Bununla bağlı “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik Milli Məclisin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

Layihə səsə qoyularaq qəbul edilib. 

Bundan əvvəl müddət 2021-ci il yanvarın 1-dək müəyyən edilmişdi.