İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Bloklama təkcə Arestoviçin kanalını deyil, həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (SNBO) tərəfindən sanksiya tətbiq edilən digər şəxslərin hesablarını da əhatə edib. Onların arasında Ukrayna Prezidenti Volodimir Zelenski haqqında tənqidi kitab yazmış politoloq Konstantin Bondarenko və Rusiyaya köçən jurnalist Dmitri Vasilets də var.
Qeyd olunur ki, bu kanallar yalnız YouTube-un ayarlarında ölkə olaraq Ukraynanı seçmiş istifadəçilər üçün əlçatmaz olub. Digər ölkələrdən bu kanallara baxmaq mümkündür.
Bundan əvvəl Prezident Zelenski Arestoviçə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar dövlət mükafatlarından məhrumetmə və aktivlərin dondurulması (əmlak üzərində müvəqqəti sərəncam qadağası) kimi tədbirləri əhatə edir. Arestoviç isə ona qarşı tətbiq olunan bu məhdudiyyətləri qarşıdan gələn seçkilərə hazırlıqla əlaqələndirib.