Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı sürücülərə müraciət edib.

BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev açıqlamasında bildirib ki, hava şəraitinin dəyişməsi ilə bağlı sürücülər diqqətli olmalıdırlar:

“Avtomobillərinin texniki cəhətdən sazlığını yoxlamalı, zərurət olmadığı zaman ötmə əməliyyatı aparmamallıdır”.

N.Piriyev hava şəraiti ilə bağlı qarşıdakı günlərdə küləyin sürətinin şiddətlənəcəyi ilə bağlı sürücüləri avtomobillərini hündürmərtəbəli binaların və ağacların altında saxlamamağa çağırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün axşamdan etibarən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.