İqtisadiyyat.az xəbər verir ki, hadisə Yevlax rayon Xanabad kənd ərazisində qeydə alınıb.
Bakı-Zaqatala xətt üzrə çalışan avtobus idarəetmədən çıxaraq aşıb.
Qəza yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Ona yaxın yüngül xəsarət alanlar olub. Zərərçəkənlərlə tibbi yardım göstərilib.
Sürücünün deməsinə görə, hadisəyə yağıntılı hava şəraiti və yola tam bələd olmaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.