Azərbaycan İnvestisiya Şirkəti və AzərŞəkər MMC pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tviter hesabında paylaşım edib

Layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.