Avtomobil sektorunda elektrikləşdirmə işləri tam sürətlə davam edir. 2022-ci ildən etibarən avtomobil şirkətləri daxili yanma mühərrikləri ilə vidalaşmağa və elektrik mühərriklərinə keçməyə başladılar. Bəs yeni texnologiyalarla təchiz edilmiş elektromobillərin etibarlılığı necədir? Consumer Reports Magazine-in son hesabatı bu vasitələrlə bağlı bir faktı ortaya çıxardı.

Yeni texnologiyalara ev sahibliyi edən və sürücüyə ehtiyac duymadan özünü idarə edə bilən elektrikli nəqliyyat vasitələrinin potensialı genişlənir.

Lakin, bu xüsusilə qiymətlərinə görə, hələlik əlçatan səviyyədə deyil. Çünki qlobal çip böhranı, pandemiya və Rusiya-Ukrayna müharibəsi kimi bir çox səbəblərə görə yavaş-yavaş vidalaşdığımız daxili yanma mühərrikli avtomobillərin qiymətləri belə eksponent olaraq artıb.

Consumer Reports-un son hesabatına görə, elektrik avtomobilləri avtomobil sənayesində ən az etibarlı avtomobillər və pikap maşınları arasındadır. Hibrid və qazla işləyən avtomobillər və yük maşınları ilə müqayisədə tam akkumulyatorla işləyən elektrik nəqliyyat vasitələri ənənəvi tam ölçülü yük maşınları xaricində ən pis performans göstərən seqment idi.

Ən çox arzulanan və tələb olunan modellər arasında elektrik və hibrid modellər olsa da, etibarlılıq reytinqlərinin bir-birinin əksinə olduğunu söyləmək mümkündür. shiftdelete.net