Azərbaycanda çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin göstərilməsi və sosial işin təşkili məqsədilə yeni təhsil proqramları qəbul olunacaq.

İqtisadiyyat.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları təsdiq ediləcək.